Səbinəni tamaşaçılar Türkiyə və Azərbaycan bayraqları ilə salamladılar

Azərbaycanı müsabiqədə təmsil edən Səbinə Babayevanın çıxışını azərbaycanlılar və türklər  əllərində hər iki dövlətin bayraqları ilə alqışladılar. "When The Music Dies" mahnısını ifa edən mügənni Asəf Zeynallı adına musiqi kollecini bitirib. Pop formatında musiqilərin, həmçinin soul, ballada musiqi cərəyanlarının mahir ifaçısıdır. 50-dək "jazz standard"ı bilir. 2009-cu ildə Latviyada keçirilən "Amberstar", Moskvadakı "Slavyan Ulduzu"nda "Gran Pri" mükafatına layiq görülüb. 2001-ci ildə gənc ifaçılar arasında Respublika üzrə "Qızıl Açar" müsabiqəsinin qalibidir. 2008-ci ildən Eurovision Mahnı Müsabiqəsi üzrə Milli Seçim turlarında ardıcıl iştirak edib ("OLAYLAR").

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31