Üzeyir daha bir məşhur şouda - Video
12 İyun 2018 12:16 MədəniyyətAzərbaycanlı sirk ustası Üzeyir Novruzov Rusiyanın "Лига удивительных людей" (Qəribə insanların liqası) adlı beynəlxalq yarışmasına qatılıb.
Axşam.az-ın məlumatına görə, istedadlı şəxslərin qatıldığı yarışmada Novruzov artıq ilk çıxışını da edib.
"Rossiya 1" kanalında efirə gedən şouda həmyerlimiz "Vertikal balans" nömrəsi ilə çıxış edib. Braziliyalı tərəf müqabili ilə yarışan Üzeyir münsiflərin rəğbətini qazanıb və ona qalib gəlib.
Novruzov azərbaycanlı olduğunu, amma Rusiyanı təmsil etdiyini söyləyib.
Qeyd edək ki, o, "America's Got Talent" müsabiqəsinin finalçısı olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31