"Abbası vurmağa yol axtarırdıq"
12 İyun 2018 10:53 MədəniyyətƏməkdar artist Abbas Bağırovun "Maşın" şoudan uzaqlaşdırılması hər kəsi təəccübləndirib. Artıq bir neçə gündür sosial şəbəkədə hər kəs bu mövzunu müzakirə edir və bloqqer Hüseyn Əzizoğlunun ünvanına tənqidlər səsləndirilir.
Müğənni Roza Zərgərli və bloqqer Hüseyn Məhəmmədoğlu müğənninin şoudan uzaqlaşdırılmasına münasibət bildirib.
Roza "Mənim üçün 18 nəfərdən ən güclü rəqib Abbas idi. Oyunda hər üsul əladır" deyə bildirib.
H.Məhəmmədoğlu isə "Abbas bizim üçün hərtərəfli güclü rəqib idi: həm maddi, həm güclü, həm də fiziki. Onu vurmağa yol axtarırdıq. Sonda tapdıq və vurduq" deyə, söyləyib.
Axşam.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31