"Diriliş Ertuğrul"un azərbaycanlı aktrisası türklər üçün mahnı oxudu - VİDEO
11 İyun 2018 17:24 MədəniyyətAzərbaycanlı aktrisa Könül Nağıyeva bu dəfə ifası ilə gündəm yaradıb.
Könül Nağıyeva Facebook-da 6 milyon abunəçisi olan "Yook Artık" adlı səhifənin canlı yayım qonağı olub. Aktrisa təqibçilərin xahişi ilə Azərbaycan dilində mahnı səsləndirib.
Gözlənilməz xahişlə qarşılaşdığını deyən aktrisa "Küçələrə su səpmişəm" adlı retro mahnısı oxuyub. Sonda isə bildirib ki, o, müğənni deyil və sadəcə aktrisadır.
Xatırladaq ki, həmyerlimiz "Diriliş Ertuğrul" da "Almıla" obrazının ölüm səhnəsi ilə serialın mövsüm finalına damğa vurmuşdu. O, təsirli və inandırıcı rolu ilə türklərin rəğbətini qazanmışdı.
Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31