Tamaşaçılar Hüseyinin "Maşın" şouda qalmasına etiraz edirlər - FOTO
Dünən "Maşın" realiti şousunu tərk edən Abbas Bağırov və hazırda proqramın iştirakçıları olan Roza Zərgərli və Hüseyn Əzizoğlunun karikaturaları hazırlanıb. Karikaturalarda Hüseyn Abbas və Rozanın oğlu kimi qələmə verilib.
11 İyun 2018 16:23 MədəniyyətDünən "Maşın" realiti şousunu tərk edən Abbas Bağırov və hazırda proqramın iştirakçıları olan Roza Zərgərli və Hüseyn Əzizoğlunun karikaturaları hazırlanıb. Karikaturalarda Hüseyn Abbas və Rozanın oğlu kimi qələmə verilib.
Sözügedən karikaturlar sosial şəbəkələrdə paylaşılıb və böyük səs-küyə səbəb olub. Sosial şəbəkə istifadəçiləri həmin karikaturalara xoşagəlməz sözlər yazıblar. Belə ki, "Maşın" şouda Hüseyn Əzizoğlunu görmək istəmədiklərini qeyd ediblər.
Qeyd edək ki, ğtən gün ikinci dəfə səsverməyə çıxan Hüseyn oyundan aktrisa Pərvin Abıyevanı çıxartmaq istədiyini bildirib. Lakin sonda 22 yaşlı bloger 60,30 faiz səslə qalib gələrək, hədəfini dəyişib. O, Abbas Bağırovu oyundan kənarlaşdırıb.



SİA