“Eurovision” atəşfəşanlıqla başlayacaq

"Eurovision" mahnı müsabiqəsi 2012-nin final şousunun açılışında qonaqlar atəşfəşanlıqla qarşılanacaq. Gecə saat 00.00-da başlayacaq şouda balabanın səsi ilə muğam sintez olunacaq. Səhnədəki muğamı ustad sənətkar Alim Qasımov ifa edəcək. Daha sonra səhnəyə milli rəqqaslar və "Natiq" ritm qrupu çıxacaq.

Xatırladaq ki, müsabiqənin final mərhələsində 26 ölkə birincilik ugrunda mübarizəyə qoçulacaq - Ukrayna, Böyük Britaniya,  Macarıstan, Albaniya, Litva, Bosniya və Herseqovina, Rusiya, İslandiya, Kipr, Fransa, İtaliya, Estoniya, Norveç, Azərbaycan, Rumıniya, Daniya, Yunanıstan, İsveç, Türkiyə, İspaniya, Almaniya, Malta, Makedoniya, İrlandiya, Serbiya, Moldova. İlk olaraq səhnəyə Böyük Britaniya təmsilçisi Engelbert Hamperdink çıxacaq. Müsabiqənin finalı 46 ölkədə yayımlanacaq. Şounu izləyəcək auditoriyanın sayı isə təxminən 150 milyon təşkil edəcək. ("OLAYLAR")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31