Emin Agalarov “Eurovision -2012”-nin final mərhələsində unudulmaz şou göstərəcək
Mügənni səhnəyə 20 metr hündürlükdən enəcək
27 May 2012 00:10 Mədəniyyət"Eurovision-2012"-nin interval şousunda səhnədə "Məşəlini alovlandır" şüarı canlandırılacaq. Bu şou tamaşaçılara dünyada məşhur olan Azərbaycanlı müğənni-bəstəkar Eminin təqdimatında çatdırılacaq. Mügənnini səhnədə 68 nəfərlik heyət, eləcə də Azərbaycan Kamera Orkestrinin 15 qadın skripkaçısı müşaiyət edəcək. Şou Azərbaycanın qədim musiqi aləti olan balabanın səsi ilə başlayır. Bu performans skripkaçıların ifası ilə davam edir, daha sonra isə nağara çalanlar şouya qoşulur. Ardınca səhnədə alov püskürür. Bu isə möhtəşəm bir görüntü yaradır. Elə bu zaman Emin 20 metr hündürlükdən səhnəyə enir və "Never Enough" mahnısını ifa edir.("OLAYLAR")
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31