“Eurovision-2012” təmsilçilərinə Azərbaycandan verilən səsləri Safura Əlizadə elan edəcək

Bu gün "Eurovision-2012" mahnı müsabiqəsinin final mərhələsi start götürəcək. Mayın 24 və 26-da keçirilən yarımfinallardan sonra finala çıxan ölkələr birincilik ugrunda mübarizəyə qoşulacaqlar. Müsabiqənin final mərhələsində iştirak edən ölkələrin təmsilçilərinə Azərbaycandan verilmiş səsləri canlı efirdə Safura Əlizadə elan edəcək. "Eurovision"-da ənənəvi olaraq final səsverməsinin nəticələrini hər ölkədən bir nəfər canlı efirdə açıqlayır. Azərbaycanda da səsvermənin nəticələrini "Eurovision-2010"-da ölkəmizi layiqincə təmsil edən Safura Əlizadə élan edəcək. ("OLAYLAR")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31