"Eurovision-2012"də son məşqlər başa çatdı

Bakıda keçirilən 57-ci "Eurovision" Mahnı Müsabiqəsinin finalçıları sonuncu məşqlərini başa vurublar. Lent.az-ın məlumatına görə, finalda çıxış edəcək 26 ölkə "Bakı Kristal Zalı"nın səhnəsində şounun başlanmasına bir neçə saat qalmış sonuncu dəfə məşqlərini ediblər. Təmsilçilərin bir qismi səhnə geyimlərində olub.Azərbaycanı təmsil edən Səbinə Babayeva da xalq artisti Alim Qasımovla birgə məşqini uğurla başa vurub.
Həmçinin şounun interval aktında çıxış edəcək "Natiq" ritm qrupu, Milli Rəqs Ansamblı və müğənni-bəstəkar Emin Ağalarov da 68 nəfər heyətlə səhnədəki sonuncu məşqlərini yekunlaşdırıblar.Qeyd edək ki, bu gecə saat 00:00-da başlayacaq şouda 26 ölkə birincilik uğurunda mübarizə aparacaq.Şounun keçiriləcəyi arena finala tam hazırlıqlı vəziyyətinə gətirilib. "Bakı Kristal Zalı" bu gecə 26 ölkənin bayrağı ilə işıqlandırılacaq. Hər ölkənin çıxışından öncə Azərbaycanın tarixinə, adət-ənənələrinə, mədəniyyətinə, Bakı gecələrinə aid videolar nümayiş olunacaq. "Eurovision" Mahnı Müsabiqəsinin final mərhələsində iştirak edən ölkələrin təmsilçilərinə Azərbaycandan verilmiş səsləri canlı efirdə Azərbaycanın "Eurovision 2010" təmsilçisi Safura Əlizadə elan edəcək.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31