Məşhur caz ifaçısı konsert proqramı ilə çıxış edəcək

Beynəlxalq Muğam Mərkəzində “Baku Summer Jazz Days” layihəsi çərçivəsində Amerika Birləşmiş Ştatlarının funk bass gitaraçısı və müğənnisi Nik West öz ansamblı ilə çıxış edib.

Beynəlxalq Muğam Mərkəzində "Baku Summer Jazz Days" layihəsi çərçivəsində Amerika Birləşmiş Ştatlarının funk bass gitaraçısı və müğənnisi Nik West  öz ansamblı ilə çıxış edib.

Olaylar.az bildirir ki, tədbir Mədəniyyət Nazirliyinin dəstəyi və Premier Art Management prodüser agentliyinin təşəbbüsü ilə reallaşıb.

Gecədə Nik West özünəməxsus kompozisiyaları və populyar caz-hitlərini ifa edib.

Amerikalı funk bassçı Nik West 26 yanvar 1989-cu ildə Arizona Ştatının Feniks şəhərində anadan olub. Altı yaşında ikən Nik West bacısı ilə üç hissəli harmoniya oxuyurdu. Bu,onun musiqi qabiliyyətini üzə çıxardı. Nik 13 yaşındaykən ritm gitarasını alır və Michael Jackson-un mahnılarını eşitdikdən sonra musiqi ilə məşğul olmağı qərara alır. Musiqiçi Alex Henderson (Billboard) Nik West-in böyük istedadının olmasını xüsusi qeyd etmişdir.Nik West qeyd edir ki,onun  musiqisini dinləyən  hər kəs üçün bu musiqi yeni nəfəsdir.

Caz ifaçısının çıxışı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzində "Baku Summer Jazz Days" layihəsi çərçivəsində tamaşçılara Fransanın populyat musiqiçiləri Jacky Terrasson və Stephane belmondo və onların yeni layihəsi TERREMONDO ("Mohter") ilə görüş gözləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31