Bu gece Eurovision 2012 nin final gecesidir
26 May 2012 18:07 Mədəniyyət012 15:00
Lent.az-ın məlumatına görə, gecə saat 00:00-da başlayan şouda 26 ölkə birincilik uğurunda mübarizə aparacaq.
Bu gecə birinci və ikinci yarımfinallardan seçilən 20 ölkə, müsabiqənin "böyük beşliyi" - Böyük Britaniya, Almaniya, Fransa, İspaniya, İtaliya və qalib ölkə kimi Azərbaycan çıxış edəcək.
İlk olaraq "Bakı Kristal Zalı"nın səhnəsinə Böyük Britaniya təmsilçisi Engelrt Hamperdink çıxacaq. Daha sonra Macarıstan birincilik uğurunda mübarizə aparacaq. Digər ölkələrin çıxış ardıcıllığı belədir: Albaniya, Litva, Bosniya və Hersoqovina, Rusiya, İslandiya, Kipr, Fransa, İtaliya, Estoniya, Norveç, Azərbaycan, Rumıniya, Danimarka, Yunanıstan, İsveç, Türkiyə, İspaniya, Almaniya, Malta, Makedoniya, İrlandiya, Serbiya, Ukrayna, Moldova.
Azərbaycan təmsilçisi Səbinə Babayeva 13-cü nömrədə çıxış edəcək. Xalq artisti Alim Qasımovla birgə səhnəyə çıxacaq Səbinə "When the music dies" mahnısını ifa edəcək.
Müsabiqənin şərtlərinə görə, qalib bütün iştirakçı ölkələrdə sms və telefon zəngləri vasitəsilə tamaşaçı səsverməsi nəticəsində müəyyənləşir. Tamaşaçılarla yanaşı, səsvermədə peşəkar münsiflər heyəti (hər bir ölkədən musiqi sahəsində beş peşəkar) iştirak edir. Münsiflər və tamaşaçıların səsləri yarıbayarı toplanır. Beləliklə, ümumi xal əldə olunur və ölkələrə verilir.
Tamaşaçılar öz ölkələrini təmsil edən ifaçılara səs verə bilməzlər. Azərbaycanda tamaşaçılar müsabiqə günü canlı ifa zamanı bəyəndikləri ölkənin çıxış nömrəsini yazıb, istənilən mobil operatordan 9450 SMS nömrəsinə göndərə bilərlər. 1 SMS-in qiyməti 60 qəpikdir.
Jalə
/p