Əlidən Pərvinə sərt sözlər: "Bahalı maşını hansı pulla sürürsən? - VİDEO

Ötən gün “Maşın” realiti şounu tərk edən müğənni Əli Mirəliyevlə aktrisa Pərvin Abıyeva arasında qalmaqallı anlar yaşanıb.

Ötən gün "Maşın" realiti şounu tərk edən müğənni Əli Mirəliyevlə aktrisa Pərvin Abıyeva arasında qalmaqallı anlar yaşanıb.

Ə.Mirəliyev bildirib ki, onlar mahnı oxuyanda Pərvin "Qocalar bizi bezdirib" sözlərini deyib. Daha sonra tərəflər arasında səslər yüksəlib.

Pərvin "Sizin nəvəniz yaşındayam, səsinizi qaldırmayın. Elə söz eşitmisinizsə, gəlin məndən soruşun. Dedim ki, onların oxuduğu musiqini başa düşmürəm. Türkiyədə filmə çəkilən yeganə gənc aktrisayam" sözlərini deyib.

Əli isə bu sözlərə əsəbiləşib "Musiqiyə toxunmayın, siz başa düşməyəcəksiniz. 50 ildir oxuyuram, maşın ala bilmirəm. Türkiyə bura yaxındır, sən ora alverə gedirdin. İllərdir işləyirəm, mən ala bilmirəm. Sən o bahalı maşını hansı pulla sürürsən?" deyib.

Efirdə Ə.Mirəliyevin mikrofonu bağlanılıb.

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31