"Fatmagülün suçu ne?" - Fatmagül keçmişinə aid hər şeyi bir kənara qoyur VIDEO

Mustafa öləndə də məsum deyil və özündən sonra Fatmagüllə Kərim arasında həyatları boyunca daşıyacaqları bir vicdan əzabı qoymaq istəyir.  Lakin nə Fatmagül, nə də Kərim özünü günahkar hiss edir. Gələn məktubla bağlı duyğularını Kərimlə paylaşan Fatmagül keçmişinə aid hər şeyi bir kənara qoyaraq, yeni bir həyata başladığını sübut edir. Yeni evlənən cütlüyün evinə ilk ziyarət tamamilə başqa bir böhranın ortasında gerçəkləşir. Müqəddəs üçün etdiyi pisliklərin hesabını vermək zamanı gəlib. İllərin qalaqlanan kini Fatmagüllə Müqəddəs arasında bütün bağları qoparır. Bu hadisədən sonra Rəhmi ailəsi ilə bağlı ilk dəfə bir qərar qəbul edir.

Kərimin hələ şübhələrinin olduğunu öyrənən Fatmagül bunu qəbul etməyə çalışır. O, keçmişinə dair heç bir şeyin aralarına girməsinə imkan verməyəcək. Digər tərəfdən, günlər sonra iş yerinə qayıdan Fatmagülü bir sürpriz gözləyir. Asu qucağında körpəsi ilə Fatmagüllə vidalaşmağa gəlir. milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31