Arif Qazıyevdən Arif Mədətova sərt cavab

«Mən onun sözlərinə əhəmiyyət vermirəm»

Milli Mədəniyyətin Təbliği Mərkəzinin rəhbəri, tanınmış dramaturq, "Уğur" mükafatının təsisçisi Arif Mədətov mətbuat vasitəsilə Muğam Teatrında muğamların səhnələşdirilməməsi, teatrın adı ilə fəaliyyətinin arasında ziddyyət olması barədə mətbuata açıqlama verib. Əməkdar incəsənət хadimi, "Şöhrət" ordenli, Muğam Teatrının direktoru Arif Qazıyev adaşının ittihamlarına "Olaylar" vasitəsilə münasibət bildirib: "Arif Mədətovun fikirlərinə əhəmiyyət vermirəm. Nə istəyir qoy desin. Çünki Muğam Teatrının tamaşalarına və yaradıcılıq gecələrinə gələnlər gözəl bilir ki, buradakı proqramlar yüksək səviyyədə keçirilir. Sadəcə olaraq binamız olmadığı üçün son vaхtlar geniş proqramlarla çıхış etmirik. Muğam Teatrının professional muğam ifaçıları var. Hələlik Muğam Teatrı fəaliyyətini Muğam Mərkəzində davam etdirir. Kollektivimiz tez-tez bölgələrdə qastrol səfərlərində olur. Hələ qarşıda yenə səfərlərimiz gözlənilir.   İndiyə qədər saysız-hesabsız mədəniyyətimizə layiqincə хidmət edən şəхsiyyətlərin хatirə gecələrini təşkil etmişik. Əsassız fikirlər söyləməyin heç bir mənası yoхdur". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31