Şahin Növrəsli Çexiya prezidentinin dəvəti ilə Praqada konsert verəcək
25 May 2012 16:26 MədəniyyətƏməkdar artist, pianoçu Şahin Növrəsli mayın 30-da Çexiyanın paytaxtı Praqada konsert proqramı ilə çıxış edəcək. Gün.Az-ın verdiyi xəbərə görə, konsert Çexiya hökumətinin, Azərbaycanın Çexiyadakı səfirliyinin və "Buta" İncəsənət Mərkəzinin təşəbbüsü ilə həyata keçirilir. Konsert Praqa Qəsrində (Prague Castle) baş tutacaq və "Qəsrdə Caz" (Jazz in the Castle) adlı layihənin tərkib hissəsidir. Kvartetdə Şahin Növrəsli (royal), Neytan Pek (kontrabas), Aleksandr Maşin (zərb alətləri) və Kris Heminqvey (saksofon) iştirak edirlər.
Konsert proqramına müəllif bəstələri, həmçinin Azərbaycan klassik və xalq musiqi əsərlərinə caz improvizasiyaları daxildir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31