16 yaşlı qız Nyutonun həll edə bilmədiyi teoremin öhdəsindən gəldi
25 May 2012 12:53 MədəniyyətAlimlərin 4 əsrdir baş sındırdığı tənlik həllini tapdı. Almaniyada 16 yaşlı yeniyetmə alimlərin 4 əsr baş sındırdığı riyazi problemi həll edib.12 yaşı olarkən ailəsi ilə Hindistandan Drezden şəhərinə köçmüş Şüriyyə Rey elementar zərrəciklərin dinamikasıyla bağlı 2 mürəkkəb tənliyi yerinə yetirib. Problem topun uçuş trayektoruyasını hesablamaq və divara dəydikdən sonra hansı şəkildə yerə düşəcəyini öncədən bilmək üçün 350 il əvvəl İngilis alimi İsaq Nyuton tərəfindən ortaya qoyulub. Rey həllini tapdığı riyazi problemlərlə ilk dəfə 11-ci sinifdə oxuyarkən tanış olduğunu deyib. Tənliklərin sirrini tapmağına gəldikdə isə Rey bunu "məktəbli sadəlövlüyü" ilə izah edib. "Hər dəfə özümə sual verirdi: Məgər bunu edə bilmərəm" deyə Rey tənliyin mümkünsüzlüyünü qəbul edə bilmədiyini etiraf edib. Ən maraqlısı isə ondadır ki, əsrlərin riyazi problemini həll etmiş "vunderkind" yeniyetmə gələcək ixtisas seçimində tərəddüd edir. Belə ki, o yaxın zamanlarda riyaziyyat və ya fizika üzrə təhsil almağa qərar verməlidir