Son beş ilin "Eurovision" qaliblərindən Bakıda möhtəşəm şou nümayiş!

Milli.Az eurovision.az-a istinadən xəbər verir ki, müsabiqənin ayrı-ayrı illərinin qaliblərinin Azərbaycan milli musiqi alətlərinin müşaiyəti ilə çıxışları bütün tamaşaçılara unudulmaz həzz yaşadıb. Dima Bilan müsabiqə mahnısı olan "Believe"i balaban, Mariya Şerifoviç tarın müşayiəti ilə "Molitva", Aleksandr Rıbak kamançanın müşayiəti ilə "Fairytale", Lena Mayer isə sazın müşaiyəti ilə "Satellite"ni ifa edib. İnterval aktının sonunda isə Eldar Qasımov və Nigar Camal da daxil olmaqla digər illərin qalibləri "Eurovision" Mahnı Müsabiqəsi tarixinə düşən "ABBA" qrupunun "Waterloo" mahnısı ilə gözəl performans göstəriblər.---------
Bakıda "Eurovision-2012" mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirildi.AzərTAc xəbər verir ki, son beş ilin "Eurovision" qalibləri Mariya Şerifoviç, Dima Bilan, Aleksandr Rıbak, Lena, Eldar Qasımov və Nigar Camal "Eurovision-2012" mahnı müsabiqəsinin ikinci yarımfinalında "Baku Crystal Hall"un səhnəsində interval aktında çıxış etmişlər. "Eurovision" mahnı müsabiqəsinin bu qaliblərindən ibarət qrup Azərbaycanın milli musiqisi ilə zəngin performans nümayiş etdirmişdir. "Eurovision" ulduzları tamaşaçılar qarşısında indiyədək görmədiyimiz bir üslubla, Azərbaycanın milli instrumentlərinin - tar, kamança, nağara, saz və balabanın müşayiəti ilə çıxış etmişlər.Məşhur beşlik birlikdə 1974-cü ildə İsveçin "ABBA" qrupuna qələbə qazandıran "Waterloo" mahnısını ifa etmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31