Finalda ölkələrin çıxış ardıcıllığı

"Eurovision 2012" Mahnı Müsabiqəsinin ikinci yarımfinalında finala vəsiqə qazanan təmsilçilər şoudan dərhal sonra mətbuat konfransı keçirib. Lent.az-ın məlumatına görə, həmin ölkələr çıxışları ilə bağlı öz təəssüratlarını bölüşüblər. Daha sonra 10 ölkənin çıxış ardıcıllığı püşkatma yolu ilə müəyyən edilib.

Beləliklə, mayın 26-da "Bakı Kristal Zalı"nda "Eurovision 2012" Mahnı Müsabiqəsinin finalında iştirak edəcək ölkələrin çıxış ardıcıllığı belədir:

1. Böyük Britaniya
2. Macarıstan
3. Albaniya
4. Litva
5. Bosniya və Herseqovina
6. Rusiya
7. İslandiya
8. Kipr
9. Fransa
10. İtaliya
11. Estoniya
12. Norveç
13. Azərbaycan
14. Rumıniya
15. Danimarka
16. Yunanıstan
17. İsveç
18. Türkiyə
19. İspaniya
20. Almaniya
21. Malta
22. Makedoniya
23. İrlandiya
24. Serbiya
25. Ukrayna

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31