Lorin zalı ayaga qaldırdı

İsveçin "Eurovision-2012" təmsilçisi Lorinin "Euphoria" mahnısını onunla bərabər bütün zal ifa etdi. Çıxışının sonunda isə tamaşaçılar xanımı ayaq üstə alqışladılar. Xatırladak ki, finala vəsiqə qazanacaq ölkələr sırasında İsveçin də adı çəkilir. Bu ölkə də qələbə qazana biləcək ölkələrin cərgəsindədir. Əslən Mərakeşli olan Lorin İsveçin "İdol 2004" müsabiqəsindən populyarlıq qazanıb. İlk mahnısını 2005-ci ildə təqdim edib. Bir müddət televiziyada aparıcı olub. 2011-ci ildə "My Heart is Refusing Me" mahnısı ilə İsveçin Milli Seçimlərində iştirak edib. Lakin İsveçi Avropanın ən nüfuzlu mahnı müsabiqəsində təmsil etmək arzusu 2012-ci ildə reallaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31