“Eurovision” səhnəsinin möhtəşəmliyi turistləri valeh edib

"Eurovision-2012"-nin keçirildiyi "Baku Crystal Hall"-un möhtəşəm səhnəsi tamaşaçıları heyretlendirmekde davam edir. Turistlər, qonaqlar, şəhər sakinləri müxtəlif işıq effektləri ilə bəzədilmiş və gözəl akkustikası olan səhnədən danışmaqdan yorulmurlar. Onlar qeyd edirlər ki , ilk dəfədir ki, müsabiqə belə yüksək səviyyədə təşkil olunub. Xatırladaq ki, "Baku Crystal Hall"un bünovrəsinin tikintisinə avqustun ortalarında başlanıb. Bayraq Meydanında inşa olunan "Baku Crystal Hall" 23 000 tamaşaçı tutur. 16 minə yaxın tamaşaçı isə müsabiqənin yarımfinalları və finalını böyük monitordan canlı izləmək imkanına malikdirlər ("OLAYLAR").

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31