Joan Franka türk xalqının onu dəstəkləyəcəyinə inanır

Bir neçə dəqiqə öncə  "Eurovision" yarımfinalında çıxış edən türk əsilli Niderland təmsilçisi Joan Franka (əsl adı Aytən Kalandır) türk xalqının onu dəstəkləyəcəyinə inandıgını bildirib: "Yarı türk, yarı hollandam və bundan qürur duyuram. "Eurovision"da iştirakdan dolayı çox xoşbəxt və qürurluyam. Özümü hər iki ölkənin bir hissəsi kimi hiss edirəm. Məncə türk xalqı məni dəstəkləyəcək". Joan deyib ki, finala keçib-keçməyəcəyini indidən söyləmək çox çətindir: "Mən hələ bununla bağlı dəqiq heç nə deyə bilmirəm. Belə şeylərə öncədən proqnoz vermək çətindir. Hazırda nəticəni gözləməyə üstünlük verirəm" ("OLAYLAR").

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31