“Eurovision”un ikinci yarımfinalında unudulmaz şou təqdim olunacaq
25 May 2012 01:11 Mədəniyyət"Eurovision" mahnı müsabiqəsinin builki təmsilçilərinin rəngarəng və bir-birindən fərqlənən performansları ilə yanaşı, milyonlarla izləyiciyə açılış və interval aktlarında sürpriz dolu şoular təqdim ediləcək. Müsabiqənin ikinci yarımfinalında son 5 ilin "Eurovision" mahnı müsabiqəsinin qalibləri "Bakı Kristal Zalı"nda çıxış edəcəklər. Bununla əlaqədar Dima Bilan, Aleksandr Rıbak, Lena, Eldar və Nigar mayın 24-də keçirilən ikinci yarımfinalın interval aktında çıxış etmək üçün "Kristal Zalı"nda məşq ediblər. "Eurovision" ulduzları şouda tamaşaçılar qarşısına yeni üslubda çıxış edəcəklər. Adıçəkilən tanınmışlar bu dəfə mahnılarını Azərbaycan musiqi alətlərinin müşayiəti ilə təqdim edəcəklər. Tar, kamança, saz, balabanın müşayiəti ilə fərqli şou nümayiş olunacaq. ("OLAYLAR")