“Eurovision-2013”-ün vaxtı bəlli oldu
25 May 2012 01:05 Mədəniyyət58-ci "Eurovision" mahnı müsabiqəsinin tarixləri açıqlandı. "Eurovision-2013"-ün ilk yarımfinalı mayın 14-də, ikinci yarımfinalı mayın 16-da, finalı isə mayın 18-də keçiriləcək. Bu barədə "Eurovision" mahnı müsabiqəsinin rəhbəri Yan Ola Sand bildirib. Onun sözlərinə görə, bu ilkin tarixlərdir. Qeyd olunan tarixlər bir daha nəzərdən keçiriləcək və digər önəmli mərasimlərin keçirildiyi tarixlə üst-üstə düşüb-düşmədiyi araşdırılacaq. ("OLAYLAR")
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31