İkinci yarımfinalda favorit Türkiyədir
25 May 2012 01:01 Mədəniyyət"Eurovision-2012"-nin ikinci yarımfinalı Bakı vaxtı ilə saat 00:00-da başladı. Bu gün finala keçmək ugrunda 18 ölkə mübarizə aparacaq - Serbiya, Makedoniya, Niderland, Malta, Belarus, Portuqaliya, Ukrayna, Bolqarıstan, Sloveniya, Xorvatiya, İsveç, Gürcüstan, Türkiyə, Estoniya, Slovakiya, Norveç, Bosniya və Herseqovina, Litva. İkinci yarımfinalın favoriti Türkiyə təmsilçisi Can Bonomodur. Mətbuat Mərkəzində jurnalistlər və fanatlar arasında aparılan sorğuda Türkiyə təmsilçisi Can Bonomo 18 ölkə arasında 805 səslə birincidir. Jurnalistlərin və fanatların fikrincə, ikinci yarımfinaldan finala Türkiyə ilə yanaşı İsveç, Serbiya, Norveç, Ukrayna, Malta, Belarus, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya da vəsiqə qazana bilər. Qeyd edək ki, bu səsvermə ənənəvi olaraq keçirilir və münsiflər, eləcə də tamaşaçı səsverməsinin nəticələrinə təsir göstərmir ("OLAYLAR").