"Bakı Kristal Zalı"n ərazisinə daxil olan avtomobillər bomba axtaranlarla yoxlanılır

Axtarışlara xüsusi təlim keçmiş itlər də cəlb edilib

"Eurovision-2012" mahnı müsabiqəsinin keçirildiyi əraziyə daxil olan avtomobillər bomba axtaranlar tərəfindən ciddi şəkildə yoxlanıldıqdan sonra içəri buraxılır. ANS PRESS-in məlumatına görə, yoxlanışlar xüsusi təlim görmüş itlər və cihazla aparılır. Həmçinin ərazinin daxilində mətbuat nümayəndələri, texniki və təşkilati işçilər də "Bakı Kristal Zalı", Eurovision Mətbuat Mərkəzinə daşıyan avtobuslar da hərtərəfli yoxlanışdan keçir.
Qeyd edək ki, bu gün-24 mayda "Eurovision 2012"nin II yarımfinalı keçiriləcək. Müsabiqənin I yarımfinalı 22 mayda uğurla baş tutub. Möhtəşəm final məthələsi isə 26 mayda olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31