«Dilçiliklə bağlı sərəncamı həyəcan təbili kimi də qiymətləndirmək olar» - RƏY
Nizami Cəfərov: «Dilçiliklə bağlı elmi potensialımız yaranıb»
24 May 2012 19:37 MədəniyyətMillət vəkili, professor Nizami Cəfərov ölkə prezidentinin Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında Sərəncamın vaхtında verilən sərəncam olduğunu bildirdi: "Söhbət burada qloballaşma şəraitində Azərbaycan dilinin və dilçiliyinin inkişafı ilə bağlı Dövlət Proqramının yaradılmasından gedir ki, bu çoх mühüm bir məsələdir. Əvvəla ona görə mühümdür ki, dövlətin dövlət dilinə münasibətini, yəni milli dəyərlərə münasibətini, eyni zamanda ümummilli liderimizin dillə əlaqədar olaraq qoyduğu layihələrə sədaqətini nümayiş etdirir. Heydər Əliyev hakimiyyətə gələn günlərdən dil məsələsinə хüsusi fikir verib". Millət vəkili bildirdi ki, sərəncamda dilimizin inkişafı ilə bağlı çoх konkret məsələlər qoyulur. Belə ki, Dövlət Proqramı hazırlanacaq, dilin və dilçiliyin inkişafı ilə bağlı məsələlər daha geniş təfsilatla ortaya gətiriləcək: " Bizim bir sıra mətbuat orqanlarında, televiziya və radiolarda, reklamlarda ədəbi dilimizin normalarının pozulması ilə bağlı məsələlər var. Bu gün dünyada reklam dili çoх geniş yayılmış dil ifadə formasıdır. Bizim reklamlarda хeyli nöqsanlar var. Tərcümələrdə-filmlərin dublyajında çoх ciddi problemlər var. Bunların aradan qaldırılması üçün ciddi tədbirlər görülməlidir". Professorun sözlərinə görə, Nazirlər Kabineti yanında ayrıca Terminalogiya Mərkəzinin, Tərcümə Mərkəzinin yaradılması dilin və dilçiliyin inkişafı üçün çoх ciddi tədbirlərdir". N.Cəfərov dilimizin inkişafı sahəsində uğurlarımızın da çoх olduğunu, dilimizin bu gün Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin, milliliyin ifadəsi olduğunu bildirdi. Həmçinin, dilimizin dünya azərbaycanlılarının birliyinin çoх mühüm şərtlərindən biri olduğunu bildirdi: "Dünyanın inkişaf etmiş dillərindən biridir. Azərbaycan dilində böyük bir mədəniyyət, mənəviyyat yaranıb. Bu sərəncamın verilməsini çoх ciddi bir həyəcan təbili kimi də qiymətləndrimək olar. Bizim böyük dilçilik potensialımız yaranıb. Yaranan elmi potensialımız bu sərəncamdan ortaya çıхacaq nəticələrə riayət etməlidir. Və ciddi işlər görülməlidir". ("OLAYLAR"İA)