Türk dövlətləri, yoxsa türkdilli dövlətlər? - Nizami Cəfərov
“Almatı bəyannaməsində qeyd olunur ki, milli dövlətlər bundan sonra türk dövlətləri adlandırılacaq”
24 May 2012 17:35 Mədəniyyət"Artıq müvafiq sənədlərdə türk dövlətləri anlayışının işlədilməsi vaxtı çatıb. Cünki, türkdilli dövlətlər anlayışı artıq özünü təsdiq edir". Bunu deyən millət vəkili, Milli Məclisin mədəniyyət məsələləri daimi komitəsinin sədri Nizami Cəfərovun sözlərinə görə, 2011-ci il oktyabrın 21-də Almatı şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Birinci Zirvə Toplantısında imzalanmış Bəyannamədə türkdilli dövlətlərin daha da yaxınlaşmasını təmin edən bir sıra müddəa əksini tapıb. Sənəddə birbaşa qeyd olunur ki, milli dövlətlər bundan sonra türk dövlətləri adlandırılacaq. Bu isə o deməkdir ki, faktiki olaraq türk dövlətləri anlayışını sənədlərimizə gətirməliyik: "Bu gün Qazaxıstan və Qırğızıstanda qazax və qırğız dilləri ilə yanaşı, rus dili dövlət səviyyəli dil kimi işlənir. Əgər türkdilli dövlətlər ifadəsi işlənsə, onda belə şıxır ki, Qazaxıstan və Qırğızıstan türkdilli və rusdilli dövlətlərdir. Bu baxımdan türk dövlətləri ifadəsinin işlədilməsi zərurəti yaranıb". Millət vəkili əlavə edib ki, Azərbaycanın son zamanlar türk dövlətləri münasibətləri sistemində oynadığı möhtəşəm rol mütləq qeyd edilməlidir: "Azərbaycan həm Türkiyə, həm də post-sovet məkanında olan türk dövlətləri ilə çox sıx münasibətdədir. Bu işin bir sosial -siyasi psixologiyası var ki, Azərbaycan Türkiyə Qazaxıstan, Qırğızıstan və Türkmənistandan daha yaxındır. Bu yaxınlıq mənəvi, dil və əhval-ruhiyyə sahələrini əks etdirir. Azərbaycan eyni zamanda, Türkiyə ilə müqayisədə Mərkəzi Asiya dövlətlərinə post-sovet məkanından şıxmış bir ölkə kimi mənəvi koordinasiyanı göstərmiş bir dövlətdir. Bu isə Azərbaycanın mövqeyinin artmasını şərtləndirir".