Xanəndə Firuz Səxavət: "Yaxşı olardı ki, onlar oxumasınlar"
24 May 2012 15:59 MədəniyyətXanəndə Firuz Səxavət muğam oxuyan pop-ifaçılarla bağlı fikirlərini açıqlayıb. Belə müğənniləri tənqid edən xanəndə bildirib ki, "onların oxumamaları daha yaxşı olardı". "Mənə qalarsa, onların ümumiyyətlə oxumamaları daha yaxşı olardı. Mən ki estrada mahnıları ifa etmirəm. İnanmıram ki, bu məndə alınsın", - deyə F.Səxavət bildirib. Xanəndə muğam ifa edən Xatirə İslam ilə Lalə Məmmədovanı müqayisə də edib: "Xatirə - hə, onda alınır. Səs tembri muğam oxumasına imkan verir. Amma yenə də daha çox çalışmaq lazımdır. Lalə xanıma gəldikdə, o, həqiqətən çalışır. Amma səsi muğam oxumağa yaramır". milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31