İllərin manifesti - Əmir Pəhləvan
24 May 2012 15:50 Mədəniyyət ( 2011 ci ilsdə "Elm və Təhsil" nəşriyyatında neşr olunan "Qartal balası" kitabina cözardı )
Taleyinə mühacir həyati düşən, Norveçin Osla şəhərində yaşayıb yaradan istedadlı Azərbaycan yazıçısı Məmmədrza Təbrizlinin yeni kitabı "Qartal balası" adlanır.Kitab bir hekayə bə iki öyükdən ibarətdir.
Azərbaycanın Güneyində denyaya göz açan M.Təbrizlinin bu əsərini "illərin manifesti" də adlandırmaq olar.
Əsər oxucu ilə elə təbii və elə ürəklə söhbət edir ki, keşmiş günlər bir kino lenti kimi göz önündə canlanır.
Dil və üslub, qramatik qayda, zəngin folklor çəkisi ilə oxucunu baleh edən "Qartal balası"nı mən "ruhun qidası" da adlandırardım.Bəzən müəlliflər öz fantaziya manerası ilə təbiiliyi özləri də bilmədən komik bəziyyətə salaraq oxucuda əndirəbadi hisslər yaradırlar.Bu, ələlxüsus kitaba yeni maraği və həvəsi olanlar üçün daha da təhlükəlidir.Çünki oxucu ilk qarşılaşdığı belə bir bəsit bə ağır nəfəsli əsərlə qidalanmalı olur.
Lakin M.Təbrizlinin bu əsərində Azərbaycanın yatmış, bəkə də dilçi alimlərinin tədqiq etməmiş elə folklor söz birləşmələrindən istifadə olunub ki, hətta bəzi ləhcə deyimlərini bədii-ədəbi cöz kimi də qəbul etmək mümkündür..
Müəllif Ərgün obrazı ilə əsl Vətənçiliyin müqəddəsliyini və Kim olmağımızı əsərin əsas leytimotivi hesab eləyir.Kimliyi bilinməməkdən başımıza gələn bəlaların ağırlığını və didərginliyini göstərir.
Əsərdə tariximiz və taleyimizin qaranlıq səhifələri bədii nəsrin və təfəkkürün gücü ilə oxucuya çox ustalıqla çatdırılır.
Yüksək və pövqlü çap üsulu - profesonallıqla qələmə alınan "Qartal balası" əsəri böyük bir elmi publisistik, tədqiqat və folklor ensklopediyası kimi də qəbul etmək mümkün olar.
Müəllifi böyük tərbiyəvi əhəmiyyət daşiyan bu sanballı əsərə görə ürəkdən təbrik edir, ona yeni - yeni yaradıcılıq uğurları arzulayırıq.
Əmir Pəhləvan