"Muhteşem yüzyıl" - Böyük sirr ortaya çıxır VIDEO
24 May 2012 13:34 MədəniyyətGülşah Hürremin qarşısına çıxır. O, əlində İbrahim paşanı hamının gözündən salacaq məlumat olduğunu iddia edir. Lakin bunu Hürrəmə anlatmaq üçün bir şərti var. Hürrəm Gürşahdan eşitdiklərinə inanmaq istəmir. Mahidevranın hünkarla görüşü Hürrəmi narahat edir. Hürrəm və Mahidevranın davasına sultan Süleyman da şahid olur. Mahidevran Hürrəmdən intiqamını almaq istəyir. İbrahim, Nigarı İstanbuldan uzaqlaşdırmağa çalışır. Lakin Hürrəm buna imkan vermir. Hürrəm Nigarı sürpriz şəkildə ziyarət edir. Valide Sultandan gələn bir hekayət sultan Süleymanın üzünü güldürür. Süleyman gördüyü bir yuxudan çox təsirlənir və köhnə dostlarından biri ilə görüşməyə qərar verir.. Şair Fiqani xalqı İbrahimə qarşı qaldırmağa davam edir. İbrahim isə şairlə bağlı sərt qərardan çəkinmir.Fatma şahzadə Mustafaya məktubla eşq elan edir. Mustafa məktubu oxuduqdan sonra Fatmanın sevgisinə inanır.