Bakı Funikulyoru mayın 29-dək pulsuz xidmət göstərəcək
23 May 2012 19:35 MədəniyyətBu gün Bakı Funikulyoru əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.Lent.az-ın məlumatına görə, funikulyor mayın 29-dək paytaxt sakinlərinə və şəhərin qonaqlarına pulsuz xidmət göstərəcək.Qeyd edək ki, Bakı Funikulyoru 1960-cı il mayın 5-də istifadəyə verilib. İki stansiyadan ibarət funikulyorun vaqonu saniyədə 2,5 metr sürətlə hərəkət edərək bir stansiyadan digərinə 4 dəqiqəyə çatır. Vaqonlararası intervalı 10 dəqiqə olan funikulyor saatda orta hesabla 2 min sərnişini daşımaq imkanına malik olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31