“Eurovision 2012”-nin teleradio yenilikləri

"Teleradio" İB "Eurovision 2012" mahnı müsabiqəsinin çəkilişinin yüksək keyfiyyətlə və kəsintisiz yayımının təşkili üçün bütün lazımi tədbirlər görülüb. "Olaylar"ın Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, müsabiqə ərəfəsində  Bakı və Gəncədə (ehtiyat) 3,8 m-lık "Vertex" antenalı "Ku-band Up-link" stansiya və  hər iki stansiyada  HD yayım üçün modulyator - "Up-konvertor", SD yayım üçün isə Bakıdakı "Up-link" stansiyada modulyator - "Up-konvertor" quraşdırılıb. undan başqa, konsert kompleksində 3,7 m-lik, H və V polyarizasiyalı "Prodolin" qəbul antenası quraşdırılıb. Eyni zamanda, "İctimai" televiziya, Gəncə və Bakı Teleqüllə və "İctimai" TV-də "Netinsight" şirkətinin istehsalı olan 3 dəst "Nimbra" avadanlığı quraşdırılmış, proqramların ötürülməsi üçün fiber-optik  kabel bağlantısı (Teleqüllə, ATS-38, Aztelekom, İTV), (ATS-58, GRTYF) təmin edilib. Həmçinin 3 dəst "Ewertz"  avadanlığı  Konsert kompleksi, Teleqüllə və İTV-də quraşdırılaraq istifadəyə verilib. Bundan əlavə, Bakı və Gəncə "Up-link" stansiyaları üçün 2 dəst HD enkoder (1+1), "DVB-S/S2 İRD Receiver", həmçinin, HD TV verici üçün HD enkoder (1+1) avadanlıqları quraşdırılaraq istifadəyə verilib. Müsabiqənin HD yayımının təmin edilməsi məqsədilə, Almaniyanın "Rohde & Schwarz" şirkətinin istehsalı olan, 48-ci TVK-da işləyən 2,6 kVt-lıq gücə malik, DVB-T standartlı, HD (yüksək keyfiyyətli) yayım formatlı verici Bakı Teleqüllə kompleksində quraşdırılaraq istismara verilib. Nəticədə, "İctimai" televiziyanın proqramlarının yüksəkdəqiqlikli - HD yayımı həyata keçirilməkdədir. Eyni zamanda, Bakı şəhərində 105 MHs tezliyində işləyən FM verici, yeni HD yayım formatlı FM verici ilə əvəz edilib. Həmin verici vasitəsilə  "Azərbaycan" radiosunun analoq və rəqəmli-HD formatlı, həmçinin "İctimai" radionun rəqəmli - HD formatlı yayımı təmin olunub.  Bundan başqa, avadanlıqların dayanıqlı işini təmin etmək üçün kəsintisiz enerji təchizatının mühümlüyünü nəzərə alaraq mövcud avadanlıqlara əlavə olaraq 2 ədəd 20 kVA 3 fazlı "ONLİNE UPS" (Bakı, Gəncə), 1 ədəd 100 kVA 3 fazlı "ONLİNE UPS" (Bakı) avadanlıqları quraşdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31