"Adını Feriha koydum"un ulduzuna yeni təklif

Türkiyənin populyar seriallarından olan "Adını Feriha koydum"da Feriha rolunu oynayan aktrisa Hazal Kayanın çalışacağı yeni layihə açıqlanıb. Milli.Az "Milliyet"ə istinadən bildirir ki, iki ildən bəri nümayiş olunan serial başa çatan kimi prodüserlər Serdar Akar və Tarkan Karlıdağın şirkəti "Adam Film" yeni, "Balkanlar" adlı serialın çəkilişlərinə hazırlığa başlayıb. Çəkilişləri Makedoniyada aparılacaq serialda baş rolu məşhur model Tuğçe Kazaz oynayacaq.Tarkan Karlıdağın baş rejissorluq edəcəyi serialda Hazal Kaya da oynayacaq. Serialın yeni mövsümdə Türkiyənin ATV telekanalında nümayişi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31