“Eurovision” təmsilçisinin nəvəsi: “Nənəm üçün ən çox inəyi darıxıb”

Rusiyanın "Eurovision 2012" Mahnı Müsabiqəsindəki təmsilçi "Buranovalı nənələr" qrupu artıq finala vəsiqə qazanıb.Lent.az "Komsomolskaya pravda"ya istinadən xəbər verir ki, "nənələr"in sakini olduğu Udmurtiyanın kiçik Buranova kəndinin əhalisi qrupun çıxışını bir yerdə, kənd klubunda izləyib. Kənd klubuna yüzlərlə sakin yığışıb. "Siyahıda 14-cü çıxış edən nənələr ifaya başlayan kimi bütün kəndi səs-küy bürüyüb" - deyə, qəzet yazır.  Bakıda olan nənələrdən biri Nataliya Puqaçovanın nəvəsi Olesya qəzetin müxbirinə bildirib ki, hamı Bakıdan qələbə xəbəri gözləyir: "Yaman darıxmağa başlamışıq. Nənəm üçün isə ən çox onun inəyi darıxıb. Heç nə yemir. Hətta sağmağa belə qoymur". Olesya onu da bildirib ki, nənələrin çıxışından sonra bütün kənd oxuyub oynamağa başlayıb. Nənələrin finala çıxması məlum olandan sonra isə şadyanalıq stol arxasında davam edib.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31