"Muhteşem yüzyıl"ın misilsiz vəfası
23 May 2012 14:49 MədəniyyətTeleserialının çəkiliş qrupu mərhum ssenariçi Meral Okayın xatirəsini yaşatmaq niyyətindədir.Milli.Az "Milliyet"ə istinadən bildirir ki, iyunun 4-də özəl qala gecəsindən əldə ediləcək gəlirlərin hamısı uşaq bağçasının inşasına xərclənəcək.Həmin uşaq bağçası serialın mərhum ssenariçisi Meral Okayın adını daşıyacaq."Muhteşem yüzyıl" ötən il keçirdiyi qaladan əldən edilən pulları Türkiyə Qorunmağa Möhtac Uşaqlar Vəqfinə bağışlamışdı. Həmin pullar Bolluca uşaq bağçasının təxminən bir illik məsrəflərinə bəs etmişdi.Sponsorlar və xeyriyyəçilərin ianələri də Meral Okayın adını daşıyacaq uşaq bağçasına veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31