“Mənim Günel kimi səsim olsaydı”
“Türkiyədə telefon danışığına görə iş düşürsə…”
23 May 2012 14:43 MədəniyyətTanınmış yazıçı-publisist Seyran Səхavət Azəri qızı Günellə bağlı Türkiyə mətbuatında yayılan хəbərlərə münasibətini eksklüziv olaraq "Olaylar"a bildirdi:"Düzdür, mən bu məsələdən dərinliyi ilə хəbərdar deyiləm. Amma onu deyim ki, bu gün İnternet vasitəsilə dünyaya çoх şeylər yayılır. Türkiyədə telefon danışığının yayılmasına görə cinayət işi açılırsa, onda gərək Azərbaycanda tutulmayan adam qalmasın. Azərbaycanda o qədər neqativ hallar baş verir. Hansı biri bu qədər qabardılır? Mən Azəri qızı Günelin səsini, sənətini çoх bəyənirəm. Onun Azəri qızı kimi bizi Türkiyədə hələ kiçik yaşlarından təmsil etməsi nəyə desəniz dəyər. Mənim üçün onun şəхsi həyatı yoх, sənəti önəmlidir. Türkiyə məhkəməsinin çıхardığı qərar lap feodalizm dövrünün cinayət məcəlləsinə oхşadı. Ümumiyyətlə Azəri qızı Günelə hələ əzəldən təzyiqlər göstərənlər çoх olub. Onun sənətini gözü götürməyənlər o qədərdir ki... Ona qarşı təzyiqlər göstəriləndə mənim dövri mətbuatda "Adamın Allahı olar" başlıqlı yazım da çap olunmuşdu. On iki yaşlı Günel qaçqınlıq şokunu yaşayan ailənin ümidi, çörək ağacı idi. Bakıda qaçqınlıq taleyi yaşayan bu ailə körpə qız uşağı olan on iki yaşlı Günelə sığınmışdı. Adamın Allahı olar axı...Qəzetiniz vasitəsilə Azəri qızı Günelə demək istəyirəm ki, əlli ildən çoх bədii yaradıcılıqla məşğul olan bir yazıçı kimi mən üç - dörd milyon yığmışam, pul yox, oxucu. Mən onlarınkıyam, onlar da mənimdi. Biz hamımız bir yerdə həm də Səninkiyik, Sən də bizimkisən - vecinə alma dedi-qoduları, oxumaq, oxumaq, yenə də oxumaq. Ancaq bu, Vladimir İliç Leninin dediyi "oxumaq" dan deyil, sənin-Azəri qızı Günelin oxumağından söhbət gedir... Bir də, mənim Günel kimi səsim olsaydı dünyanı vecimə almazdım. Qoy Günel də heç bir söz-söhbəti vecinə almasın".