Azəri qızı Günel: “Mənimlə bağlı həbs qərarı yoxdur”

Tanınmış müğənni Günel Zeynalova (Azəri qızı Günel) haqqında həbs qərarı çıxarılması ilə bağlı Türkiyə mətbuatının yaydığı məlumatı təkzib edib. Çünki Günel hazırda Bakıdadır. Müğənni ilə telefon əlaqəsi yaradıb məsələ ilə bağlı fikirlərini öyrəndik. Günelin    açıqlamasına görə,   bu xəbər kökündən yanlışdır: "Bilmirəm bu söz-söhbətlər haradan çıxıb?  Məhkəmə ilə bağlı yayılan xəbərin həqiqətlə heç bir əlaqəsi yoxdur. O məhkəmə prosesi çoxdan bitib, nəticələri də hər kəsə bəlli idi. Mənimlə bağlı heç bir həbs, saxlanılma qərarı yoxdur".
Müğənninin sözlərinə görə, o, hazırda Bakıdadır və yayılan şaiyə ilə  bağlı əlavə açıqlama vermək istəmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31