“Fatmagülün suçu ne” - nələr olacaq? VIDEO
23 May 2012 12:58 MədəniyyətTürkiyənin "Kanal D" televiziyasında yayımlanan "Fatmagülün suçu ne" serialının 76-cı bölümü mayın 24-də nümayiş olunacaq. Lent.az kanalın saytına istinadən xəbər verir ki, bu seriyada toydan sonra ilk dəfə Fatmagüllə Kərimin evinə gedən ailə üzvləri inanılmaz vəziyyətlə qarşılaşırlar. Mustafanın məktublarını Mukaddesin gizlədiyini öyrənən Fatmagül onun üstünə hücum çəkir, gəlin-baldız saçyolduya çıxırlar. "Gül mətbəxi"nə dönən Fatmagülü orada sürpriz gözləyir. Asu qucağında körpəsi ilə Fatmagüllə vidalaşmağa gəlib...
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31