“Eurovision-2012”-nin bəyəndiyiniz iştirakçısına 9450-yə sms göndərməklə səs verin

Mayın 22-dən 23-nə keçən gecə keçirilən "Eurovision-2012" mahnı müsabiqəsinin yarımfinalı keçirilir. Qeyd edək ki, birinci yarımfinal mərhələsində 18 ölkə finala keçmək uğrunda yarışır. Finala daha çox səs toplamış 10 ölkə vəsiqə qazana biləcək. Yarımfinal mərhələsində iştirak edən 18 ölkənin çıxışlarından sonra 15 dəqiqə ərzində yarışmfinalçılara səs göndərmək mümkün olacaq. Azərbaycan ərazisində səsvermə bütün mobil operatorlardan 9450-yə SMS göndərməklə mümkündür. Səsvermə qaydası belədir: bəyəndiyiniz ölkə təmsilçisinin çıxış ardıcıllığının nömrəsini 9450-yə SMS-lə göndərirsiniz. Bir telefondan maksimum 20 səs göndərmək mümkündür. Bir SMS-in qiyməti 60 qəpikdir ("OLAYLAR").

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31