«Eurovision” 46 ölkədə yayımlanır
23 May 2012 01:05 MədəniyyətAzərbaycanın ev sahibliyi etdiyi və "Baku Crystal Hall"da keçirilən "Eurovision-2012" mahnı müsabiqəsi 46 ölkədə yayımlanır. Bunlar builki müsabiqədə iştirak edən 42 ölkə, eləcə də Avstraliya, Qazaxıstan, Ermənistan və Kosovo Respublikasıdır. "Eurovision" müsabiqəsinin teleauditoriyası 50 ölkədə 100 milyon insandan artıqdır. "Baku Crystal Hall"da yarışmanı 23 min insan izləyir, daha 16 min nəfər isə müsabiqəni quraşdırılan böyük monitorlar vasitəsilə izləmək imkanı əldə edib. ("OLAYLAR").
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31