Albaniya “Eurovision”-un yayımına qadaga qoydu

Buna səbəb kimi ölkədə baş verən avtobus qəzası göstərilir

Albaniya "Eurovision-2012" mahnı müsabiqəsinin birinci yarımfinalını canlı yayımlamayacaq. Buna səbəb kimi ölkədə baş verən və 12 nəfərin ölümünə, 22 nəfərin yaralanmasına səbəb olan avtobus qəzası göstərilir. Qəza ilə baglı mayın 22-si ölkədə matəm günü elan edilib. Lakin ölkə münsif səsverməsində iştirak edəcək. "Eurovision" mahnı müsabiqəsinin rəhbəri  Yan Ola Sand  avtobus qəzası zamanı yaşanan faciəyə kədərləndiklərini bildirib və qeyd edib ki, Albaniyanın şounun birinci yarımfinalını yayımlamamasına dair müraciəti müsbət dəyərləndirilib. Onun sözlərinə görə, Albaniyanın bu qərarı ölkənin müsabiqədə iştirakına təsir etməyəcək və ölkə şounun ikinci yarımfinal və final mərhələlərini yayımlayacaq.

Qeyd edək ki, Albaniyanı "Eurovision" mahnı müsabiqəsində Rona Nişliu (Rona Nishliu) təmsil edəcək. Kosovonun Mitrovica şəhərində anadan olan Rona Nişliu möhtəşəm "Eurovision" səhnəsində "Suus"adlı mahnı ilə ölkəsini qalib etmək uğrunda mübarizə aparacaq ("OLAYLAR").

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31