«Eurovision-2012» həyəcanı başladı

Hamımızın həyəcanla gözlədiyi gün gəlib çatdı. Bir ildir ki, hazırlıqları görülən və Azərbaycanın ev sahibliyi etdiyi "Eurovision-2012" mahnı müsabiqəsinin yarımfinal şousu mayın 22-də Bakı vaxtı ilə 00:00-da başlayır (Mərkəzi Avropa vaxtı ilə 21:00). Bu gün 18 ölkədən olan nümayəndələr (Monteneqro, İslandiya, Yunanıstan, Latviya, Albaniya, Rumıniya, İsveçrə, Belçika, Finlandiya, İsrail, San Marino, Kipr, Danimarka, Rusiya, Macarıstan, Avstriya, Moldova, İrlandiya) yarışacaqlar. Onlardan daha çox səs toplamış 10 ifaçı finala vəsiqə qazanacaq. Tamaşaçı və münsiflərin səsverməyə təsiri yarıbayarıdır (50/50). Telesəsvermə pəncərəsi bütün mahnılar ifa edildikdən sonra açılacaq və seyrçilər öz SMS-lərini göndərə biləcəklər ("OLAYLAR").

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31