Brilyant Dadaşovadan Türkiyə sürprizi

Azərbaycanın xalq artisti Brilyant Dadaşova Türkiyədə yeni albom hazırlayıb. Lent.az-ın "habertürk"ə istinadən verdiyi məlumata görə, yeni albom "Yaxşı gözəl" adlanır. B.Dadaşovanı oxuduğu bütün mahnılarda tanınmış musiqiçi və səs alətləri ifaçısı Əlixan Səmədov müşayiət edib. Məlumata görə, albom bu həftə ərzində təqdim olunacaq. 14 mahnının yer aldığı toplu bu həftə satışa çıxacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31