Gözəllik müsabiqəsində ŞOK
22 May 2012 17:12 Mədəniyyətİngiltərədə keçirilən gözəllik müsabiqəsində finala çıxmış taylandlı qadının kişi olduğu aşkarlananda böyük qalmaqal qopub. Milli.Az "Milliyet"ə istinadən bildirir ki, İngiltərənin Brayton şəhərində keçirilmiş "Next Hot Model" gözəllik müsabiqəsində yüzlərlə rəqibini geridə qoyan taylandlı Anqkorat Varanqnamın qələbə şansı çox böyük idi.Lakin münsiflər heyəti bu "qadın"ın əslində kişi olduğunu biləndə şoka düşüb. Yarışa "Toon" niki ilə qatılan 26 yaşlı Angkorat finala çıxmış 11 qadın arasında yer alandan sonra kişi olduğunu etiraf edib.
Müsabiqənin təşkilatçısı Skot Vulqar isə "Telegraph"a deyib: "Seçmə mərhələsində onun kişi olduğunu anlamadıq. Finala çıxan qadınlar arasındaydı. Onu müsabiqəyə qatılmış qadınlar arasında ən gözəl xanımlardan biri hesab etmişdik. Lakin indi problem yaranıb. Lakin istənilən halda gözəllik insanın cinsi mənsubluğundan asılı deyil. Onu qaliblər arasında görmək istərdik".