"Muhteşem yüzyıl": gözəl aktrisa geri dönür
22 May 2012 17:09 Mədəniyyət4 mövsüm davam edən "Kavak yelleri" serialı başa çatandan sonra məşqçisi Erdinc Bekiroğlu ilə ailə quran populyar türk aktrisası Pelin Karahan müxtəlif teleseriallara çəkilməklə bağlı onlarla təklif almışdı. Lakin o, karyerasına bir qədər vasilə verdiyini demişdi.
Milli.Az "Milliyet"ə istinadən bildirir ki, aktrisa şirniyyat məmulatları istehsalı ilə məşğul olmaq istədiyini vurğulamışdı.Fəqət o, çəkilişlərə qayıdır."Kavak yelleri"ni çəkən "Tims Prodüksiyon" prodüsinq şirkətinin istehsalı olan "Muhteşem yüzyıl" serialından Karahana təklif gəlib və aktrisa da bu təklifə müsbət cavab verib.Karahanın teleserialda hansı rolu oynayacağı barədə hələ bir açıqlama verilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31