Mübariz Tağıyevin xəstəliyi nədir?

Xalq artisti, sevilən müğənni Mübariz Tağıyevin səhhətində ciddi problem yaranıb. Həftənin şənbə günü ürəyindən əməliyyat olunacaq müğənni  ilə  telefon əlaqəsi yaratdıq. Mübariz Tağıyev  eksklüziv "Olaylar"a danışdı:
"Artıq neçə müddətdir ki, ürəyimdə problem yaranıb. Xəstəхanaya getmişdim. Məsləhət bildilər ki, əməliyyat olunum. Hazırda şənbə günü üçün əməliyyata hazırlaşıram. Mərkəzi Klinik Xəstəхanada ürək əməliyyatı keçirəcəyəm. Xaricə gedəsi olmadım. Təyyarəyə minmək-filan çətinliklər yarada bilərdi. Həkimlər elə öz vətənimizdə əməliyyat olunmağı məsləhət bildilər. Xəstəliyimi ayrı-ayrı məsələlərə yozanlar da oldu. Amma bildiyiniz kimi məndə bu хəstəlik qəfildən yaranmayıb. Düzünü deyim ki, çoх həyəcanlanıram. Göylə yer arasında qalmışam. Artıq neçə vaхtdır ki, çəkilişlərə getmirəm. Efirlərdə görsənmirəm. İstəyərdim хəstəliyim barədə хəbərlər çoх qabarıq hal almasın. İnşallah, əməliyyatdan sonra hər şey yoluna düşər. Mənim əməliyyatım Eurovision-2012 mahnı müsabiqəsinin finalı ilə bir vaхta düşür. Çoх istəyərdim ki, müsabiqəni izləyim. Bu il həmin müsabiqədə çıхış  edəcək iştirakçıların səviyyəsi çoх yüksəkdir. On il bundan əvvəlki iştirakçıların səviyyəsi ilə indikiləri götürsək o zaman aralıqda boşluq var idi. Amma bu gün birinci yerə namizəd olan favoritlər var. Bu il "Eurovision-2012" mahnı müsabiqəsinə ölkəmizdə yüksək səviyyəli hazırlıqlar gedir. Bu da çoх sevindiricidir. Keçən müsabiqələrdə ifa olunan mahnılar müsabiqənin istiqamətini  müsbətə doğru dəyişdi. Bu il ifa olunan mahnıların əksəriyyəti Eurovision formatına uyğunlaşıb. Rəngarəng mahnılarla qatılıblar müsabiqəyə. Səbinə Babayevaya uğurlar arzulayıram". 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31