Ekspertlər "Eurovision-2012"də oxunacaq mahnıları müzakirə ediblər
17 Aprel 2012 16:13 Mədəniyyətİsveçin SVT televiziyasında "Eurovision-2012" Mahnı Müsabiqəsinin mahnılarının müzakirəsinə həsr olunacaq 4 şoudan birinin nəticələri elan edilib.
Trend eurovision.az saytına istinadən xəbər verir ki, İsveçin "Eurovision" Mahnı Müsabiqəsindəki nümayəndə heyətinin rəhbəri Krister Bjorkmanın aparıcılığı ilə yayımlanan verilişdə birinci yarımfinalın ilk 8 mahnısı müzakirə olunub. 5 nəfərlik münsiflər heyəti mahnıları "0"-dan "5"-dək xallarla qiymətləndirib. İlk şounun nəticələrinə görə, Finlandiya birinci, Rumıniya ikinci, İslandiyanın müsabiqə mahnısı isə üçüncü yerdə qərarlaşıb.
Bu silsilədən növbəti veriliş aprelin 23-də efirdə olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31