Rəqsanənin səsi batıb!
22 May 2012 14:04 MədəniyyətDaha çox qalmaqalları ilə tanınan müğənni Rəqsanə İsmayılovanın səsində problem yaranıb. Səsi batdığı bir neçə toya dəvətdən imtina etmək məcburiyyətində qalıb. Bu barədə "Olaylar" a açıqlama verən Rəqsanə İsmayılova səsini bərpa etmək üçün müalicə aldığını deyir:
\"Moskvaya toya gedəndə uçuşu gecikən təyyarədə, kondisionerlərdən yaman soyuqladım. Səsim də onda batdı. Brilyant Dadaşova və Xəyyam Nisanov toyda köməyimə çatmasaydılar, ümumiyyətlə biabır olardım. Çünki oxumaq iqtidarında deyildim. Artıq bir neçə toydan imtina etmişəm və səsim qaydaya düşənə qədər xəstəxanalarda gedəndə güclü müalicə kursu keçəcəyəm\".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31