18 ölkə təmsilçisi səhnə geyimində

"Eurovision" Mahnı Müsabiqəsinin birinci yarımfinalındakı 18 ölkənin mətbuat üçün məşqi keçirilib. Lent.az-ın məlumatına görə, 18 ölkə təmsilçisi səhnə geyimində çıxış edib. Şounun aparıcıları Leyla, Nərgiz və Eldar fərqli performans nümayiş etdiriblər. Təmsilçilərin çıxışlarının arasında Azərbaycanın tarixi, mədəniyyəti, mətbəxi, musiqisi, təbiəti və bir çox özəlliklərindən bəhs edən video-çarxlar nümayiş olunub. Həmçinin, şouda "Natiq" ritm qrupu qaval daşında musiqi səsləndirib. Bunun üçün səhnəyə böyük qaval daşı gətirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31