Qədim qavaldaşı "Eurovision" səhnəsində

Bu gün gecə saat 00:00-da "Bakı Kristal Zalı"nda "Eurovision 2012" mahnı müsabiqəsinin birinci yarımfinalının əsas məşqi olacaq.

Bu şouda Azərbaycanın milli musiqi alətləri olan tar, balaban, nağaranın ifasındakı performans Avropa mediasının marağına səbəb olacaq.

Qədim Qavaldaşında "Natiq" Ritm Qrupunun bədii rəhbəri Natiq Şirinov ifa edəcək. Bu şouda Azərbaycan Dövlət Rəqs Ansamblının, eyni zamanda "Natiq" Ritm Qrupunun ifası yaddaqalan olacaq.

Beləliklə, tamaşaçılar "Bakı Kristal Zalı"nda mayın 21-də birinci yarımfinalın əsas məşqi zamanı, mayın 22-də isə yarımfinal şousunun canlı efirində bu möhtəşəmliyin şahidi olacaqlar.

Qeyd edək ki, mayın 22-də keçiriləcək ilk yarımfinalda iştirak edən 18 ölkədən 10-u finala vəsiqə qazanacaq ("OLAYLAR").

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31